Wi-Fi-a qoşulun
Wi-Fi şəbəkəsinə qoşulmaq İnternetə daxil olmağın əlverişli üsuludur. Çöldə gəzdiyiniz zaman siz
kitabxana və ya internet kafe kimi ictimai yerlərdə Wi-Fi şəbəkələrinə qoşula bilərsiniz.
Telefonunuz davamlı olaraq mövcud qoşulmaları yoxlayır və buna dair məlumat verir. Bildiriş qısa
müddətdə ekranın yuxarısında görünür. Wi-Fi bağlantılarınızı idarə etmək üçün bildiriş seçin.
Başlama ekranında ekranın yuxarısından aşağı çəkin və seçiminə toxunun.
1. Wi-Fi şəbəkəsi seçimini Aktiv
seçiminə dəyişin.
2. İstifadə etmək istədiyiniz qoșulmanı seçin.
© 2014 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
101
Peyk siqnalları mövcud olmadıqda, xüsusən qapalı məkanda və ya iki hündür bina arasında olduqda,
Wi-Fi mövqe təyin edilməsi təyinetmə dəqiqliyini artıra bilər.
Bağlantını kəsmək
Wi-Fi şəbəkəsi seçimini Qeyri-aktiv
seçiminə dəyişin.
İşarə: Telefonunuz avtomatik olaraq yenidən Wi-Fi şəbəkəsinə qoşulur. Avtomatik təkrar
qoşulma vaxtını dəyişdirmək və ya əllə Wi-Fi-a qoşulmaq üçün Yenidən Wi-Fi-ı yandır və
istədiyiniz seçimə toxunun.